mübarizənin öncüsüdür.
1945-1946-cı illərdə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Azərbaycan Milli Hökumətinin ən mühüm sosial və mədəni islahatlarından biri qadınların hüquq və azadlıqlarına, onların cəmiyyyətdəki roluna xüsusi diqqət yetirilməsi olmuşdur.Həmin dövrdə İran tarixində ilk dəfə olaraq azərbaycan qadınları hüquq və azadlıqlara sahib olmuş və Qadınlar günü rəsmi olaraq qeyd edilmişdir.Bu islahat təkcə böyük şəhərlərdə deyil,həm də bütün əyalət və kəndlərdə də həyata keçirilmişdir.
Azərbaycan Milli Hökumətinin qadın hüquqları sahəsində həyata keçirdiyi əsas tədbirlər:
- 1.Qadınlara səsvermə hüququnun verilməsi; Azərbaycan Milli Höküməti İranda ilk dəfə olaraq qadınları cəmiyyətin ayrılmaz hissəsi kimi tanıyaraq,onlara siyasi proseslərdə iştirak etmək hüququ verən ilk siyasi qurumlardan biri olmuşdur.
- 2.Azərbaycan Qadınlar İttifaqının yaradılması; Bu ittifaq qadınların maarifləndirilməsi və təhsi hüququnun müdafiəsi üçün fəaliyyət göstərərək onların cəmiyyətin sosial həyatında səfərbər edilməsində mühüm rol oynamışdır.
- 3.Qadınların əmək və təhsil hüququnun tanınması; Milli Hökumət ana dilində yeni qız . məktəbləri açaraq,qadınları təhsil almağa və sosial həyatın müxtəlif sahələrində işləməyə təşviq etmişdir.Bu tədbirlər,xüsusilə qızların təhsil imkanlarının məhdud olduğu kənd . yerlərində onların ictimai fəallığına öz təsirini göstərmişdir.
- 4.Qadınlar gününün qeyd edilməsi: qadınlar günündə xüsusi tədbirlər təşkil olunur,qadınların . cəmiyyətin inkişafındakı rolu vurğulanır və onların nailiyyətləri təqdir edilirdi.
- 5.Sosial məhdudiyyətlərin ləğvi; qadınların cəmiyyətin inteqrasiyasına mane olan hallar aradan . qaldırılır və bir çox sahələrdə gender bərabərliyi təşviq edilirdi
Azərbaycan Milli Hökumətində Qadınlar gününün əhəmiyyəti.
Azərbaycan Milli Hökuməti dövründə (1945-1946) qadın hüquqlarına və onların cəmiyyətdəki roluna xüsusi önəm verilmişdir. Bu məqsədlə,Qadınlar günü rəsmi olaraq qeyd olunmuş və qadınların şərəfinə müxtəlif tədbirlər keçirilmişdir.
Bu tədbirlərə aşağıdakıları göstərmək olar:
- Bayram və konfransların təşkili; Azərbaycanın müxtəlif şəhər və kəndlərində rəsmi və ictimai tədbirlər təşkil olunur,sosial,mədəniyyət və təhsil sahələrində fəaliyyət göstərən qadınlar təltif edilirdi.
- 2.Milli Hökumət rəhbərlərinin çıxışları ; Seyid Cəfər Pişəvəri də daxil olmaqla hökumət rəhbərləri qadın və kişilərin hüquq bərabərliyini vurğulayır,qadınların siyasət ,iqtisadiyyat və mədəniyyət sahələrində iştirakının vacibliyini qeyd edirdilər.
- 3.Qadınların dövlət və ictimai tədbirlərdə iştirakı; İlk dəfə olaraq qadınlar geniş şəkildə dövlət və ictimai tədbirlərə qatılaraq,bu dövrün sosial və mədəni dəyişiklərində əhəmiyyətli rol oynadıqlarını nümayiş etdirdilər.
- 4. Fəal qadınların ictimaiyyətə tanıdılması; təhsil,jurnalistika,səhiyyə və idarəçilik sahəsində uğur qazanan qadınlar təltif edilir və onların fəaliyyəti haqqında xüsusi materiallar nəşr olunurdu.
- 5. Mədəni və incəsənət proqramları; teatr tamaşaları, musiqi və incəsənət sərgiləri təşkil olunur,burada Azərbaycan qadınlarının tarixdə ilk dəfə olaraq cəmiyyətdəki rolu ön plana çıxarılırdı.
Azərbaycan Milli Hökumətinin cəmi bir il (1945-1946) fəaliyyət göstərməsinə baxmayaraq ,bu qısa müddət ərzində qadın hüquqlarının təmin olunması istiqamətində mühüm addımlar atılmışdır. Qadınlara səsvermə hüququnun verilməsi və qızların təhsilə cəlb edilməsi kimi bir çox islahatlar sonralar İranın sosial həyatında diqqət mərkəzində olmuşdur. Azərbaycan Milli Hökuməti İranda sosial islahatların önçüsü olaraq qadın hüquqlarını tanımış və onların cəmiyyətdəki rolunu artırmaq üçün daima çalışmışdır.Bu siyasət təkcə böyük şəhərlərdə deyil,həm də kiçik şəhər və kəndlərdə də yürüdülmüş,nəticədə qadınların həyatında əhəmiyyətli dəyişikliklər baş vermişdir
.Məhz Milli Hökümətin bu islahatları İranın müasir tarixində mövcud hökumətlərin siyasətində qadın hüquqlarına,onların sosial roluna və həyat tərzinə həlledici təsirini göstərmişdir.Müxtəlif dövrlərdə bu dəyişikliklər qadınlara daha çox hüquq və azadlıqlar verilməsi,yeni məhdudiyyətlərin qoyulması , sosial və ailə sahəsində müəyyən dəyişikliklər şəklində özünü göstərmişdir.Azərbaycan Milli Hökuməti bu prosesdə mühüm rol oynamış və İranın qadın hüquqları tarixində gələcək dəyişikliklər üçün bir model rolunu oynamışdır.
1945-ci ilin 8 martında Beynəlxalq Qadınlar Günü münasibətilə Seyid Cəfər Pişəvəri rəsmi tədbirdə sosial,mədəni və təhsil sahəsində fəal qadınlara hədiyyələr təqdim etmişdir. Təbrizdə keçirilmiş bu tədbir Azərbaycan Milli Hökumətinin qadınların cəmiyyətdəki roluna verdiyi önəmi əks etdirirdi. Bu tədbirdə təhsil,jurnalistika,səhiyyə və idarəçilik sahəsində çalışan qadınlar təltif edilərkən Pişəvəri öz çıxışında qadınların hüquq bərabərliyinin əhəmiyyətini vurğulamış,qadınların cəmiyyətin inkişafındakı rolunun həlledici olduğunu bildirmişdir. Bu tədbir Azərbaycan Milli Hökumətinin qadınların statusunu yüksəltmək üçün həyata keçirilən siyasətin bir hissəsi idi və qadınlara səsvermə hüququnun verilməsi, onların təhsil və əmək hüquqlarının genişləndirilməsi cəmiyyətdə sosial bərabərsizliyi aradan qaldırılması yolunda əhəmiyyətli addım idi.